kriminal.az
AVRO-2024: Azərbaycanın həndbol millisi növbəti matçına çıxacaq

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Kriminal.Az xəbər verir ki, yığma Litvanın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Millimiz fevralın 28-də rəqibini məğlub edib - 35:33.

Beşinci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Qeyd edək ki, İspaniya altı xalla liderdir. Şimali Makedoniyanın dörd, yığmamızın iki xalı var. Sonuncu sıradakı Litvanın isə xalı yoxdur.

Top
0.23679399490356