kriminal.az
“Arsenal” autsayderi topa tutdu - VİDEO

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Arsenal” “Şeffild”in qonağı olub.

“Topçular” matç boyu rəqibini sözün əsl mənasında topa tutublar. Londonlular meydan sahiblərinin qapısından düz 6 cavabsız top keçiriblər - 0:6.

Bu darmadağın sayəsində xallarının sayını 61-ə çatdıran “Arsenal” turnir cədvəlində üçüncüdür. “Şeffild” isə cəmi 13 xalla sonuncu - 20-ci yeri tutur.

Xatırladaq ki, Premyer Liqaya hazırda 63 xalla “Liverpul” başçılıq edir.

 

Top
0.21084403991699