kriminal.az
Tonqalın düzgün qurulmadığına irad bildirdi, xəstəxanalıq oldu

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü Cahangir Rövşən oğlu İsmayılov çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib.

C.İsmayılov etiraz edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır.

Top
0.088580846786499