kriminal.az
Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Kriminal.Az-ın məlumatına görə, günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1. Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.

Xallarının sayını 37-ə çatdıran “Sabah” “Neftçi” və “Səbail”lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.

Qeyd edək ki, bu gün baş tutan “Kəpəz” - “Neftçi” matçında qalib müəyyənləşməyib - 3:3. Martın 8-də “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da “Turan Tovuz” - “Araz-Naxçıvan” və “Qarabağ” - “Zirə” görüşləri ilə yekun vurulacaq.

17:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Neftçi” “Kəpəz”lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 3:3. Gəncə təmsilçisində 6 və 62-ci dəqiqələrdə Martins Junior, 47-ci dəqiqədə Elçin Əlicanov fərqlənib.

“Ağ-qaralar”ın hər üç qolunu isə Filip Ozobiç vurub. O, 32, 57 və 77-ci (penalti) dəqiqələrdə fərqlənib.

Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda “Səbail”lə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Kəpəz” 27 xalla 9-cu sıradadır.

09:26

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.

Kriminal.Az-ın məlumatına görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.

Gəncə təmsilçisi “Kəpəz” “Neftçi” ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, “ağ-qaralar” 36 xalla 4-cü pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədirlər. 15 xala malik “Qəbələ” sonuncu sıradadır.

Azərbaycan Premyer Liqası

XXVI tur

9 mart (şənbə)

15:00. “Kəpəz” - “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

17:30. ”Sabah” - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”

Qeyd edək ki, daha əvvəl “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib. XXVI tura martın 10-da “Turan Tovuz” - “Araz-Naxçıvan” və “Qarabağ” - “Zirə” görüşləri ilə yekun vurulacaq.

 

Top
0.10975289344788