“Mançester Yunayted”in türkiyəli qapıçısı Altay Bayındır zədə səbəbindən iki həftə meydanlardan uzaq qalacaq.
Bu barədə İngiltərə klubundan xəbər verilib.
Bildirilib ki, 25 yaşlı qolkiper bu səbəbdən martın 17-i bazar günü İngiltərə Kubokunun 1/4 finalında “Liverpul”a qarşı keçiriləcək matçda oynaya bilməyəcək.
Altay Bayındırın əzələ gərginliyi səbəbindən iki həftəyə yaxın meydanlardan uzaq qalacağı, Türkiyənin Macarıstan və Avstriya ilə yoldaşlıq matçlarında da oynaya bilməyəcəyi vurğulanıb.
Mənbə: Haber Global