kriminal.az
Ronaldu qol vurdu, komandası qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl-Əhli” və “Əl-Nəsr” komandalarının qarşılaşdığı oyun qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmada yeganə qolu oyunun 68-ci dəqiqəsində penaltidən portuqaliyalı hücumçu Kriştiano Ronaldu vurub.

Beləliklə, Səudiyyə Ərəbistanı Pro Liqasının 24-cü turundan sonra “Əl-Nəsr” 56 xal toplayıb və lider “Əl-Hilal”dan 9 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra “Əl-Əhli” 47 xal toplayıb və üçüncü yerdədir.

 

Top
0.39448094367981