kriminal.az
Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışları keçiriləcək

Martın 21-də Göygöl Olimpiya İdman Kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək.

Kriminal.Az-ın məlumatına görə, turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Şirvanı təmsil edən komandalar qələbə uğrunda mübarizə aparacaqlar.

Martın 22-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Top
0.23681902885437