Korrupsiya.az informasiya agentliyinin redaksiyasına şikayət edən, Yasamal rayonu Mikayil Müşfiq küçəsi 15/17 ünvanının sakinləri, binalarında liftin işləməməsindən şikayətçidirlər.
Sakinlər bildirirlər ki, dəfələrlə “Bakı Lift Təmir İstehsalat Birliyinə”, ərazi üzrə Mənzil komunal istismar sahəsinə, Yasamal RİH- nə dəfələrlə məlumat versək də, harayımıza hay verən yoxdur.Təssüflər olsun ki, problemimiz həllini tapmayıb.
Ona görə ki, qurumlar bir birlərinin üzərinə problemi yönləndirir.
Məmur maneələrinə görə 2 aydan çoxdur ki, biz yaşayış hüququmuzdan məhrumuq.
Bina sakinləri media vasitəsi ilə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəzərinə çatdırır ki, tabeliyində olan işçiləri, biz Azərbaycan vətəndaşlarına, rəsmən yaşama hüququmuzu məhdudlaşdırırlar.
Sakin bildirir ki, binada xəstələr, yaşlı nəsilin nümayəndələri körpələrimiz var, məgər məmurlar bunu anlamır və yaxud görməzdən gəlir?
Mövzunu diqqətimizdə saxlayacağıq.