kriminal.az
Fransada şəhər merinin evindən külli miqdarda çətənə tapıldı

Fransada polis əməkdaşları Avallon şəhərinin (Yonna departamenti) qadın meri Cəmilə Həbsəuinin evində axtarış apararkən orada 70 kiloqram çətənə aşkar ediblər.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarına kommuna merinin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsinin olması barədə məlumat daxil olub.

Xatırladaq ki, Həbsəui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.

Mənbə: BFMTV

Top
0.049226045608521