kriminal.az
Rusiya XİN: “Qərb mediasına “Crocus” terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”

“Qərb mediasına ictimaiyyəti əsl təşkilatçılardan yayındırmaq üçün “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”.

Bu açıqlama Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib.

Qeyd olunub ki, Qərb mediasında törədilmiş terror aktına rəğbət, eləcə də humanizm nümayişlərinə icazə verilmir.

“Faciənin əsl miqyasını mediada işıqlandırmamaq üçün qəti göstəriş qərbin dünya ictimaiyyətini real təşkilatçılardan və bundan faydalananlardan yayındırmaq cəhdləri, terror aktının qurbanlarının sayının açıqlanmaması onların xüsusi etinasızlığını göstərir”, - deyə nazirliyin “Telegram” kanalında paylaşdığı məlumatda bildirilir.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı ən azı 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb.

Mənbə: kp.ru

Top
0.27383708953857