İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda keçirdiyi əməliyyat nəticəsində “Raduan” qruplaşmasının (“Hizbullah”ın xüsusi təyinatlı bölməsi) komandiri Əli Əhməd Hasin öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Əli Əhməd Hasin İsrail ərazisinə bir çox hücumda iştirak edib və terror hücumları planlaşdırıb.
“Hasinlə yanaşı, onun tabeliyində olan iki nəfər də öldürülüb”, - deyə SAXAL qeyd edib.
Mənbə: Newsru.co.il