“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, sözügedən planla bağlı onda məlumatlar, hətta sübutlar var.
Lakin N.Paşinyan konkret hansı sübutların olduğu barədə əlavə məlumat verməyib.
Mənbə: Sputnik Ermənistan