kriminal.az
Məşhur islamşünas İslam Respublikasına qarşı - VİDEO

Yeni İran ili ərəfəsində yayılan bir xəbər yerli və beynəlxalq mediada geniş əks-səda doğurub. Belə ki, məşhur islamşünas Sədiqə Vəsməqi yaşadığı mənzildə mülki geyimli təhlükəsizlik məmurları tərəfindən həbs olunub və Tehrandakı “Evin” zindanına göndərilib.

Bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı süjetdə bildirilir.

Müəllifin sözlərinə görə, bu cür həbslər İran İslam Respublikasında adi hal olsa da, hadisənin xüsusi diqqət çəkməsi bir neçə səbəblə bağlıdır.

“Əvvəla, həbs olunan şəxs ölkədə və xaricdə yetərincə tanınan islamşünasdır, özü də məhz islam hüququ, yəni fiqh üzrə həm hövzə, həm də universitet təhsili almış bir mütəxəssisdir, başqa sözlə, fəqihdir. İrandakı rejim isə, məlum olduğu kimi, vilayəti-fəqih prinsipinə söykəndiyi üçün fəqihlərin hakimiyyəti sayılır. Buna görə heç də təsadüfi deyil ki, bu günlərdə Sədiqə Vəsməqi haqqında yazılmış məqalələrdən biri “Fəqih fəqihlərin hakimiyyətinə qarşı” adlanır. 

Qeyd edək ki, Sədiqə Vəsməqi islam hüququna yeni baxış irəli sürmüş bir alimdir və onun hələ yeddi il əvvəl çap olunmuş “Şəriətin yenidən oxunması” adlı kitabını məşhur jurnalist və milli-dini fəal Rza Əlicani  “ənənəvi şəriətin binasında bir zəlzələ” adlandırıb”, - deyə süjetdə bildirilir.

Ətraflı videoda:

Top
0.063793182373047