kriminal.az
Mariya Zaxarova: “Qərbin məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır” - VİDEO

“Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi sübut etdi, Qərb isə regionda sabitliyi pozmağa çalışır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə News.ru-nun sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Moskva ölkələr arasında və bütövlükdə regionda sülhün bərqərar olması üçün ümumi yanaşmalar tapmağa və ziddiyyətləri uyğunlaşdırmağa çalışaraq regionun gələcəyinə töhfə verib.

“Sonra Qərb peyda oldu, qəzəbdən, qısqanclıqdan, burada sülhün bərqərar olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə başladı. O, özünü yeni vasitəçi elan etməyə başladı, lakin konkret hərəkətlər bunun əksini göstərir. Söhbət sabitliyi pozmaq cəhdlərindən, vəziyyəti region tarixinin ən ağır dövrlərinə qaytarmaqdan və eləcə də regionda sülhün lehinə deyil, öz məqsədləri üçün məlumat toplamaqdan gedir”, - deyə o bildirib.

“Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Ancaq məsələ ondan ibarətdir ki, bəzən Qərbin müdaxiləsi artıq əldə edilmiş harmoniyanı pozur”, - deyə Zaxarova əlavə edib.

 

Top
0.10526299476624