kriminal.az
İran televiziyası Çilidə baş verən yanğının görüntülərini İsrailə hücum kimi qələmə verdi - FOTO

İsrail Xarici İşlər Nazirliyi (XİN) İran televiziyasını gecə hava hücumu cəhdi ilə bağlı saxta təbliğat yaratmaqda ittiham edib.

Departamentin bəyanatında İranın dövlət televiziyası olan IRINN-in yanğın görüntülərini əks etdirən reportajı qeyd olunub, çəkilişlərin gecə aparıldığı bildirilir. Lakin İsrail Xarici İşlər Nazirliyi bildirib ki, bunlar baş vermiş hücumun nəticələri deyil, bu ilin fevralında Çilidə baş verən meşə yanğınlarının videosudur.

Qeyd edək ki, İrandan İsrailə hücum təxminən 300 pilotsuz uçuş aparatı, qanadlı və ballistik raketlərdən istifadə edilərək həyata keçirilib.

Mənbə: mk.ru

Top
0.04855489730835