kriminal.az
Sidney qətliamı ilə bağlı təfərrüat: Ölənlər arasında milyonçunun qızı olub - FOTO/VİDEO

Avstraliyada ticarət mərkəzinin ziyarətçilərinə hücumla bağlı araşdırma davam edir.

Hücum edənin 40 yaşlı Coel Koşi olduğu müəyyənləşib. O, polis tərəfindən vurularaq öldürülməzdən əvvəl beş qadını, bir kişini öldürüb və doqquz nəfəri yaralayıb. Onun qurbanları arasında avstraliyalı multimilyonçu Con Sinqltonun qızı da olub.

Multimilyonçu reklam qurucusu Con Sinqltonun qızı, 25 yaşlı Doun şənbə günü ticarət mərkəzində olarkən Kvinslend sakini Coel Koşi müştərilərə bıçaqla hücum edib.

Müəyyən edilmiş digər qurbanlardan biri də təcavüzkar ona bıçaqla hücum etməzdən əvvəl doqquz aylıq qızını tanımadığı insana verən Sidney sakini Eş Quddur. Körpə Harriet hazırda xəstəxanada ağır vəziyyətdədir.

Polis hücumda ölən altı nəfərdən ikisinin əcnəbi olduğunu və Avstraliyada heç bir qohumunun olmadığını bildirib. Çox güman ki, öldürülənlərdən biri Gürcüstanın Tbilisi şəhərindən olan rəssam 55 yaşlı Pikriya Darçiadır.

Öldürülən kişi isə ticarət mərkəzində mühafizəçi işləyib və sonradan onun Pakistandan olan 30 yaşlı Faraz Tahir olduğu məlum olub.

Qeyd olunur ki, istintaqın bir hissəsi Koşinin hücumlarında qadınları hədəf alması ehtimalının araşdırılmasını əhatə edəcək.

Bu yaxınlarda Kvinslenddən Sidneyə köçən 40 yaşlı kişinin psixi sağlamlıq problemləri olduğu da müəyyən edilib.

Sidney ticarət mərkəzində qətliam törədən Coel Koşinin kişi və qadınlara onlayn cinsi xidmətlər təklif edən eskort kimi gizli həyat sürdüyü ortaya çıxıb.

Mənbə: Daily Mail

Top
0.037214040756226