İsrail Müdafiə Qüvvələri (IDF) İranın hücumuna necə cavab verəcəkləri barədə artıq qərar verib.
Məlumata görə, İDF hələ də cavab hücumunun vaxtını müəyyənləşdirməyib.
Bildirilib ki, variantlar arasında İranın nüvə obyektlərinə zərbə endirmək və ya dron obyektlərini və ya ballistik raketləri vurmaq daxildir.
Bundan əlavə, İsrail kiberhücum və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Mənbə: lenta.ru