kriminal.az
Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən üç ədəd müxtəlif markalı avtomat silahı, bir tüfəng, bir qumbara, bir alışdırıcı, 14 patron darağı, 1 195 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Top
0.07137393951416