Azərbaycanda işsizlərin sayı 2025-ci il avqustun 1-nə 231,3 min nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% çoxdur.
Kriminal.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
“2025-ci il avqustun 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsizlərin sayı 231,3 min nəfər olub, onların 49,7 faizini qadınlar təşkil edib (1 avqust 2024-cü il – 45,3 faiz – Caliber.az-ın qeydi), – Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bundan başqa, iyun ayı ilə müqayisədə iyulda işsizlərin sayı 1% və ya 2,2 min nəfər artıb.
Statistikaya əsasən, işsizlikdən sığorta üzrə orta aylıq ödəniş 437,1 manat (2024-cü il avqustun 1-nə 407,4 manat) təşkil edib.