İrəvanda Müdafiə Nazirliyinin son illərdə Dövlət Gəlirləri Komitəsinin balansında olan keçmiş binası partladılıb.
Məlumata görə, onun yerində Dövlət Gəlirləri Komitəsinin İnzibati binasının tikintisi və Xarici İqtisadi Fəaliyyət Mərkəzinin yaradılması planlaşdırılır.
2022-ci il yayın sonundan etibarən mənzilsiz qalan imkansız ailələr boş qalmış binaya köçməyə başlayıblar. Lakin onların hamısı 2023-cü ilin fevralında çıxarılıb.
Mənbə: Sputnik Ermənistan