kriminal.az
Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər

“BlackBerry” mütəxəssisləri çinli hakerləri “iPhone” istifadəçilərinə genişmiqyaslı hücumda ittiham ediblər.

Bundan əlavə, ekspertlər hakerlərin Çin hakimiyyəti ilə əlaqəli olmasından narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, aprelin əvvəlində “Apple” şirkəti istifadəçilərə çinli hakerlərin “LightSpy” adlı mürəkkəb “iOS” implantından istifadə etməklə kiberhücumlar həyata keçirdikləri barədə xəbərdarlıq etmişdi.

Qeyd olunur ki, ilk belə hücum 2020-ci il böhranı zamanı Honkonqda həyata keçirilib. “LightSpy” proqramından istifadə edərək, hakerlər zərərçəkənin telefonu ilə uzaqdan əlaqə saxlayıb və cihaza giriş əldə edərək istifadəçinin şəxsi sənədləri və yazışmalarını ələ keçiriblər. Bundan əlavə, “LightSpy” mikrofondan səs yazmağa, zəngləri təhlil etməyə və geolokasiya məlumatlarını ötürməyə imkan verir.

Mənbə: AppleInsider

Top
0.094349145889282