kriminal.az
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib.

Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

“Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, - deyə o bildirib.

Diplomat vurğulayıb ki, məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Mənbə: Lenta.ru

Top
0.16116404533386