Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutublar, ölənlər var.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri doqquz raketi vurub. Dneprdə yaşayış binası qismən dağılıb, iki infrastruktur müəssisəsinə də ziyan dəyib. Pavloqradda müəssisələrdən birinə, Sinelnikovoda 12 fərdi evə ziyan dəyib.
Hazırda Dneprdə iki nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Sinelnikovo və Krivoy Roqda uşaqlar da daxil olmaqla altı nəfər yaralanıb. Səkkiz yaşlı bir uşaq xəstəxanada dünyasını dəyişib.
Mənbə: Meduza