kriminal.az
Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb - YENİLƏNİB

Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

“Report” xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv beş halqa ilə uğurlu çıxış edib.

Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib. Yaponiya birinci, İtaliya ikinci olub.

Qeyd edək ki, yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən çoxnövçülükdə (beş halqa, üç lent, iki top) bürünc medala yiyələnib.

14:00

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.

Trend xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə Ağamirova fərdi yarışda iki növ proqramda iştirak edəcək. O, halqa və lentlə çıxışını nümayiş etdirəcək.

Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandası da iki finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa, həmçinin üç lent və iki top ilə çıxış edəcək.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.

Top
0.050191879272461