Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı beynəlxalq yarışda iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin üç üzvü fərdi çıxışda final mərhələsinə vəsiqə qazanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.
Qeyd edək ki, yarış aprelin 19-u, 21-i aralığında keçirilir.