Braziliyalı müdafiəçi Tyaqo Silva bu mövsümün sonunda azad agent kimi London “Çelsi”sini tərk edəcək.
Bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) xəbər verib.
Onun sözlərinə görə, artıq ayrılmaq qərarı verilib və bu, yaxın vaxtlarda təsdiqlənəcək.
Xatırladaq ki, yanvar ayında Silva “Çelsi”nin yeni müqavilə təklifini rədd etmişdi.
39 yaşlı braziliyalı oyunçu 2020-ci ilin avqustundan London klubunda çıxış edir.