“İnter” mövsümlərarası fasilədə iranlı futbolçu Mehdi Taremini heyətinə qatacaq.
Bunu klubun idman direktoru Pyero Ausilio bildirib.
“Biz demək olar ki, əməliyyatı tamamladıq. Mehdi Taremi “Portu”dan azad agent kimi bizə qoşulacaq”, - funksioner deyib.
Qeyd edək ki, bir gün əvvəl “İnter” “Milan”ı məğlub edərək, vaxtından əvvəl Skudettoya sahib çıxıb. Bu titul klubun tarixində 20-ci analoji titul olub.
Xatırladaq ki, 2023/2024 mövsümündə Taremi “Porto”nun heyətində bütün klub yarışlarında 30 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. İranlının klubla müqaviləsi iyunun 30-da başa çatır və bundan sonra futbolçu azad agentə çevrilir.
Mənbə: euro-football.ru