İtaliya kubokunun yarımfinal cavab matçında “Latsio” “Yuventus”la üz-üzə gəlib. Romada baş tutan görüş meydan sahiblərinin xeyrinə başa çatsa da, finala qonaqlar vəsiqə qazanıblar.
Matçın 12-ci dəqiqəsində “Latsio” Valentin Kastelanosun səyi ilə önə keçib.
49-cu dəqiqədə o, dubla imza atıb. Lakin 83-cü dəqiqədə Milik “qoca sinyora”nı finala çıxaran topu vurub - 2:1 (2:3).
Xatırladaq ki, aprelin 2-də Turindəki oyunda “Yuventus” 2:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, İtaliya kubokunun finalına ikinci vəsiqə “Atalanta” ilə “Fiorentina” arasında oynanılacaq. İlk görüşdə “Bənövşəyilər” 1:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu aprelin 24-də keçiriləcək.