Madriddə İspaniya çempionatının 33-cü turunun “Atletiko” (Madrid) - “Atletik” (Bilbao) matçı baş tutub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt klubunda qolları Rodriqo De Paul (15-ci dəqiqə) və Anxel Korrea (52-ci dəqiqə) vurub. Daha bir qolu isə “Atletik”in futbolçusu Unai Simon (80-ci dəqiqə) öz qapısına göndərib.
Bilbaoluların yeganə qolu Niko Uilyams (45-ci) vurub.
Beləliklə, madridlilər artıq 33 oyundan 64 xal toplayıb. Dieqo Simeonenin komandası La Liqada dördüncü pillədə qərarlaşıb. “Atletik”in eyni sayda matçan görə 58 xalı var. Ernesto Valverdenin yetirmələri turnir cədvəlində beşinci yerdədir.