kriminal.az
Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Argentinalı futbolçu Diyeqo Maradonanın övladları onun cəsədinin Buenos-Ayresin mərkəzində tikilməkdə olan məqbərəyə köçürülməsi üçün məhkəmədən icazə istəyiblər.

“Maradonanın varisləri ümumi razılığa əsasən, qalıqları “Xardin de Belya Vista” qəbiristanlığında dəfn olunduğu yerdən varislərin Buenos Ayresdə Puerto Madero bölgəsində “Memorial El Dyes” məqbərəsi kimi təyin etdikləri əbədi məkanına köçürmək üçün icazə tələb edirlər”, - futbolçunun övladları Hanna və Diyeqonun məhkəməyə verdikləri ərizədə qeyd olunub.

Məktubda bildirilir ki, məqbərədə Maradonanın qalıqları daha yaxşı qorunacaq və hər kəs Argentinanın əsas kumiri olan futbolçuya ehtiramını bildirə biləcək.

Qeyd olunur ki, Argentina paytaxtının mərkəzində Maradonanın şərəfinə xatirə abidəsi tikmək qərarı ötən ilin oktyabrında, futbolçunun ad günündə elan edilib. İşlərin tamamlanması 2025-ci ilə planlaşdırılır.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 61 yaşında vəfat edib.

Mənbə: La Nación

Top
0.25604605674744