Maks Ferstappen “Red Bull”dan ayrılması ilə bağlı xəbərləri yalanlayıb
Məlumata görə, “Red Bull” komandasının təcrübəli pilotu Adrian Nyuninin ayrılığının ona heç bir təsirinin olmadığını açıqlayıb.
“Bəli, Adrianın ayrılacağı xəbərini eşidəndə pis oldum. Amma bu, “Red Bull”da qalmaq qərarıma təsir etməyəcək. Ən sürətli bolidə sahib olan bir pilot olaraq komandanı dəyişmək məntiqsiz qərar olar”.
Qeyd edək ki, Maks Ferstappen əlavə olaraq uzun müddət “Red Bull”da çıxış edəcəyini deyib.
16:32
“Red Bull” komandası təcrübəli pilotunu itirə bilər.
Məlumata görə, “Red Bull”un təcrübəli pilotu Maks Ferstappen bu mövsümü başa vurduqdan sonra komanda ilə yolları ayıra bilər.
Niderlandlı pilot komandanın əsas texniki mütəxəssisi komandada qalıb-qalmayacağı ilə bağlı düşüncədə olduğunu bildirib.
Qeyd edək ki, “Red Bull” komandasının Ferstappenlə müqaviləsi 2028-ci ildə başa çatmalıdır, amma onu müəyyən şərtlər daxilində vaxtından əvvəl pozmaq mümkündür, ona görə də komanda sürücünü saxlamaq üçün yeni şərtlər təzə müqavilə təklif etmək barədə düşünür.
Mənbə: Marca.com