Turin “Yuventus”unun sabiq futbolçusu Corco Kyellini keçmiş komanda yoldaşı Kriştianu Ronaldunun bədəninə fanatik münasibət bəslədiyini deyib.
“O, bədəninə və hazırlığına hörmətlə yanaşır, demək olar ki, bunun aludəçisidir. O, qol vurmaq, qalib gəlmək istəyir. Onun çətin matçlardakı xarakteri məni heyran edib”, - deyə Kyellini bildirib.
Keçən il yanvarın 2-də Ronaldu ildə 200 milyon avroluq müqaviləyə əsasən, Səudiyyə Ərəbistanından “Ən-Nəsr”in oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olduğu bildirilirdi.
Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 26 oyun keçirib, 29 qol vurub və 10 məhsuldar ötürmə edib. Ronaldu Asiya Çempionlar Liqasında da səkkiz oyunda iştirak edib. Bu turnirdə 39 yaşlı yarımmüdafiəçi altı qol vurub və bir məhsuldar ötürmə edib.
Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda Ronaldunun komandası “Əl-Vəhda” klubu ilə qarşılaşacaq. Görüş mayın 4-də baş tutacaq.