“Bakı Marafon 2024”də finiş xəttinə çatanlar ötən illə müqayisədə çoxalıb”.
“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Bakı Marafonu 2024” barədə jurnalistlərə açıqlamasında deyib.
O, ildən-ilə yarış iştirakçılarının artmasının sevindirici hal olduğunu söyləyib:
“Finiş xəttinə çatanlar ötən illə müqayisədə çoxalıb. Bu o deməkdir ki, ölkəmizdə idmana maraq artmaqdadır. Hər il Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Atletik Federasiyası tərəfindən qaçış yarışları təşkil edilir. Bu marafonun beynəlxalq yarış statusu var. Çünki dünyanın bir neçə ölkəsindən idmançılar qatılıb. Mən marafona artıq üçüncü dəfədir qatılıram. Ötən il 20, bu dəfə doqquz dəqiqə daha tez finiş xəttinə çatdım”.