kriminal.az
Argentina millisinin sabiq baş məşqçisi vəfat etdi

Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Sesar Luis Menotti 85 yaşında vəfat edib.

Bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Menotti 1974-1983-cü illərdə Argentina millisinə rəhbərlik edib, onun rəhbərliyi altında komanda 1978-ci ildə doğma meydanda Dünya Kubokunu qazanıb, bu qələbə argentinalılar üçün dünya çempionatında ilk olub. 1983-1984-cü illərdə Menotti İspaniya kubokunu, Liqa kubokunu və İspaniya Superkubokunu qazandığı İspaniyanın “Barselona” komandası ilə işləyib. Mütəxəssis həmçinin Argentinanın “Boka Xuniors”, “İndependyente”, “Rosario Sentral”, İtaliyanın “Sampdoriya”, İspaniyanın “Atletiko” klubları və Meksika millisinə rəhbərlik edib.

Mənbə: TASS

Top
0.1053900718689