Daxili soyuducu ilə təchiz edilmiş krossover səfərlər üçün ideal avtomobildir.
Bu barədə Rusiyada keçirilən sorğuya əsasən məlum olub.
Respondentlərin əksəriyyətinin (23,4%) fikrincə, şəhər xaricinə uzun səfərlər üçün ideal avtomobil məhz krossoverdir.
Bəzilərinin qənaətincə, yolsuzluq avtomobilləri (17%) və universallar (16%) da bunun üçün uyğun ola bilər.
Həmçinin, avtomobilin qənaətcil mühərrik (31%), quraşdırılmış soyuducu (29%) və rahat audio sistemə malik olması da vacib şərtdir.
Mənbə: gazeta.ru