Türkiyə millisinin futbolçusu Cengiz Ünder mövsümün sonunda “Fənərbağça” klubu ilə yolları ayıracaq.
Məlumata görə, “Frazinoni” klubunun göndərdiyi təklifi bəyənməyən futbolçu İtaliyanın digər klubları ilə danışıqlara başlayıb.
Cengiz Ünder “Verona” və ya “Cenoa” klubuna keçə biləcəyi ilə bağlı çıxan xəbərlərə müsbət cavab verib.
Qeyd edək ki, Cengiz Ünder bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 33 oyunda doqquz qol, üç assistlə yadda qalıb.
Mənbə: Sporx.com