kriminal.az
PSJ Canluici Donnarummanın yerinə mərakeşli qapçını gətirir

Canluici Donnarummanın performansından narazı qalan PSJ rəsmiləri mərakeşli qapıçı ilə razılaşıblar.

Məlumata görə, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Yasin Bono yeni mövsümdən etibarən Fransa klubuna keçəcək.

Tərəflər arasında danışıqlar başa çatıb və ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Yasin Bono daha öncə “Sevilya”, “Jirona”, “Atletiko Madrid” və “Real Saraqosa” klublarının şərəfini qoruyub.

Mənbə: todofichajes.com

Top
0.074321031570435