kriminal.az
Ukraynaya son hücumların nəticələri - FOTO

Ukraynada ötən həftədən başlayaraq indiyə qədər vəziyyət daha gərgin və qanlı olub.

Ölkənin Hərbi Hava Qüvvələri Komandanlığı və Milli Polisin rəsmiləri hücumların nəticələri barədə ”Report”un Şərqi Avropa bürosuna danışıblar.

Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş bildirib ki, Rusiya ordusu Pasxa bayramı ərəfəsində Ukraynanın mülki şəhərlərini daha sərt şəkildə atəşə tutub: “Düşmən “Shahed” pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə etməyə başlayıb. Xüsusilə, Pasxa bayramı ərəfəsində hücumlar artıb, 24 PUA-dan istifadə edilib. Onlardan 23-nü zərərsizləşdirmişik”.

O bildirib ki, hücumlar dinc əhaliyə dəhşət və qorxudan başqa heç nə gətirmir:

“Xarkov, Summiyə zərbələr artıb. Rusiya SU-34 və SU-35 təyyarələri ilə daim hücum edir. Bu yaxınlarda düşmən Xarkov şəhərinin düz ortasına idarə olunan aviabomba atıb. Nəticədə həlak olan və yaralananlarımız olub”.

Ukrayna Milli Polisinin rəsmisi Yuliya Qirdvilis isə Rusiyanın hətta Pasxa bayramında da Ukraynanın şəhər və kəndlərini dağıtmağa, dinc əhalini öldürməyə və yaralamağa davam etdiyini deyib:

“Mayın 4-6-da güclü zərbələr endirilib. Ümumilikdə bu müddətdə düşmən Ukrayna ərazisinə 849 hücum həyata keçirib. 146 yaşayış məntəqəsi atəşə tutulub, 331 obyektə ziyan dəyib. Dnepropetrovska üç raket zərbəsi endirilib. Bundan əlavə, Donetsk, Sum, Sum, Xerson və Odessa da son üç gündə hərbi hücumlardan əziyyət çəkib. Qanunların və müharibə qaydalarının pozulması faktı ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi ilə cinayət işi açılıb”.

Top
0.083196878433228