Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda ötən gecə güclü yağış təsirli olub.
Həmçinin yağışla birlikdə İskəndərun körfəzi üzərində çaxan ildırım körfəzi işıqlandırıb və sanki gecəni gündüzə çevirib.
Bir-birinin ardınca çaxan ildırım heyrətamiz görüntülər ortaya çıxarıb.
Bununla bağlı yayılan kadrlar sosial şəbəkələrdə gündəm olub.
Mənbə: İHA