kriminal.az
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTO

11 il öncə final görüşünü tribunadan azarkeş qismində izləyən baş məşqçi, indi finaldakı rəqibini gözləyir.

Məlumata görə, “sarı-qaralar”ın baş məşqçisi Edin Terziç 11 il bundan öncə “Uembli” stadionunda keçirilən “Bavariya” “Borussiya Dortmund” final görüşünü azarkeş qismində izləyib.

Çempionlar Liqasının həmin final görüşü “Bavariya” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Edin Terziçin komandası 11 il sonra yenə liqanın finalında “Bavariya” klubunun rəqibi ola bilər. PSJ-ni yolundan kənarlaşdıran Edin Terziçin komandasının finaldakı rəqibi bu gecə keçiriləcək “Real Madrid” - “Bavariya” görüşündən sonra bəlli olacaq. Maraqlıdır ki, builki final görüşü də “Uembli”də baş tutacaq. 

Qeyd edək ki, “Borussiya Dortmund” sonuncu dəfə 2012/13 mövsümündə final mərhələsinə vəsiqə qazanıb.

Mənbə: GiveMeSport

Top
2.7391130924225