kriminal.az
Konfrans Liqası: İlk finalçı məlum oldu - VİDEO

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Belçikanın “Brügge” və İtaliyanın “Fiorentina” klubları qarşılaşıblar.

Kriminal.Az xəbər verir ki, Brüggedəki Yan Breydel stadionundakı matçı türkiyəli referi Halil Meler idarə edib.

Matçın 20-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçiblər. Müdafiəçi Maksim De Kuyper fərqlənib. Lakin qarşılaşmanın sonlarında - 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. “Fiorentina”nı finala çıxaran qola penaltidən Lukas Beltran imza atıb - 1:1 (3:4).

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Fiorentina” 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/2 final mərhələsinin digər görüşündə Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Aston Villa” klubları üz-üzə gələcəklər. İlk oyunda yunan klubu səfərdə rəqibini 2:4 hesabı ilə darmadağın edib.

 

Top
0.086620092391968