kriminal.az
Putin Paşinyanla regional təhlükəsizliyi müzakirə etdi

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub.

Görüşdə ikitərəfli və regional münasibətlərin mühüm məsələləri müzakirə edilib.

Həmçinin, regionda təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, liderlərin cari ildəki ilk görüşü olub. Sonuncu dəfə Putin və Paşinyan 2023-cü ilin dekabrında görüşüblər.

Mənbə: TASS

Top
0.051707029342651