kriminal.az
Məğlubedilməz “Bayer” finala vəsiqə qazandı, “Marsel” isə səfərdə uduzdu - VİDEO

UEFA Avropa Liqasının yarımfinal görüşündə “Atalanta” “Marsel”i , “Bayer04” “Roma”nı qəbul edib.

Kriminal.Az xəbər verir ki, “Atalanta” - “Marsel” görüşünün 30-cu dəqiqəsində Ademola Lukman hesabı açıb. 52-ci dəqiqədə Mateo Ruqeri fərqi artırıb - 2:0. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə fərqlənən Əl Bilal Ture görüşün yekun nəticəsini müəyyənləşdirib - 3:0.

“Bayer04” - “Roma” görüşündə daha fəal başlayan qonaqlar hesabı 43-cü dəqiqədə açıblar. Parades dəqiq oynayıb - 1:0. Fasilədən sonra da hücumların kəsərini artıran “Roma” futbolçuları fərqi 2-yə yüksəldiblər. Parades 66-cı dəqiqədə dubla imza atıb - 2:0. Amma 49 oyundur məğlubiyyətlə barışmayan “Bayer 04” 82-ci dəqiqədə fərqi azaldıb. Cianluka Mançini avtoqol müəllifi olub. “Bayer 04” son dəqiqədə Yosip Stanişiçin qolu ilə hesaba tarazlıq gətirib - 2:2.

Qeyd edək ki, mayın 22-də İrlandiyada keçiriləcək final görüşündə “Bayer 04” - “Atalanta” ilə qarşılaşacaq.

Top
0.1021192073822