kriminal.az
UEFA Konfrans Liqası: Finala yüksələn növbəti komanda “Olimpiakos” oldu - VİDEO

UEFA Konfrans Liqasının ikinci yarımfinal görüşündə “Olimpiakos” “Aston Vİlla” ilə qarşılaşıb.

Kriminal.Az xəbər verir ki, gərgin mübarizə ilə yadda qalan görüşdə hesab 10-cu dəqiqədə açılıb. Ayub Əl Kabi dəqiq oynayıb - 1:0. 78-ci dəqiqədə yenidən səhnəyə çıxan Ayub Əl Khabi dubla imza ataraq görüşdə son nöqtəni qoyub - 2:0.

Beləliklə, “Olimpiakos” finalda İtaliyanın “Fiorentina” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da Yunanıstanda keçiriləcək.

 

Top
0.06342601776123