kriminal.az
Belçikalı yarımmüdafiəçinin “Qalatasaray”da alacağı maaş bəlli oldu

Belçikalı yarımmüdafiəçi Dris Mertensin “Qalatasaray” klubunda alacağı maaş açıqlanıb.

Məlumata görə, Mertens növbəti mövsümdə “sarı-qırmızılar”dan üç milyon avro və əlavə bonuslar qazanacaq.

37 yaşlı yarımmüdafiəçinin daha öncəki müqaviləsində 1,5 milyon avro maaş qeyd olunmuşdu.

Xatırladaq ki, Dris Mertens bu mövsüm “Qalatasaray” forması ilə çıxdığı 48 oyunda 11 qol, 17 assistlə yadda qalıb.

Mənbə: Ntvspor.net

Top
0.064436912536621