kriminal.az
Şahzadə Harrinin jurnalistin sualına cavabı hər kəsi təəccübləndirdi

Şahzadə Harri Londonda “Invictus Games”in (“Məğlubedilməzlərin Oyunu” - hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmiş və hazırkı hərbi qulluqçular üçün beynəlxalq çoxnövçülük yarışıdır) 10-cu ildönümü ilə bağlı mərasimdə iştirak edib.

Məlumata görə, tədbirdən sonra jurnalistlərdən biri Şahzadə Harrinin evdə olduğuna görə özünü xoşbəxt hiss edib-etmədiyini soruşub. Sasseks hersoqu jurnalistlə salamlaşıb, lakin suala cavab verməyib. Jurnalist sualı təkrarlayanda kral ailəsinin üzvü ona gülümsəyib, sonra da - “Sizi görməyimə şadam!” - deyib və gedib.

Qeyd edək ki, aprel ayında məlum olmuşdu ki, Sasseks hersoqu Böyük Britaniya ilə əlaqələri kəsib. Onun hazırda ABŞ-də yaşadığı bildirilir.

Mənbə: Gazeta.ru

Top
0.073153018951416