Yekaterinburq-Tbilisi reysi ilə uçan təyyarədə sərnişin ürək çatışmazlığından həyatını itirib.
Hadisəni təyyarənin göyərtəsində olan sərnişinlərdən biri anbaan qeydə alıb.
Hadisə şahidlərinin dediyinə görə, ürəyi tutan qadın əlil arabasında olub. O, qəfildən özünü pis hiss edib.
Qadına təyyarədə bir neçə dəqiqə ərzində ürək masajı edilib, lakin heç bir nəticəsi olmayıb və qadın həyatını itirib.
Mənbə: Shot