Braziliyada təbii fəlakətlər səbəbindən 325 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, bundan əlavə, daşqın nəticəsində ölənlərin sayı 107 nəfərə yüksəlib.
Bu barədə Rio-Qrandi-du-Sul ştatının mülki müdafiə xidməti məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunub ki, ümumilikdə 1 milyon 742 min 969 nəfər daşqınlardan zərər çəkib, 734 nəfər yaralanıb, 134 nəfər itkin düşüb.
Mənbə: Defesacivil.rs.gov.br