kriminal.az
BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi

BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilib.

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

Sənədi 143 dövlət dəstəkləyib, doqquz ölkə qarşı çıxıb, 25 dövlət isə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün üzv ölkələrin üçdə ikisinin səsi tələb olunurdu.

“Baş Assambleya müvafiq olaraq Təhlükəsizlik Şurasına bu qərar fonunda məsələni müsbət yöndə yenidən nəzərdən keçirməyi tövsiyə edir”, - deyə qətnamə layihəsinin mətnində vurğulanıb.

Mənbə: İnterfaks.ru

Top
0.13204789161682