“Cinayət törətmək üçün təşkilat yaratmaq” maddəsi ilə qırmızı bülletenlə axtarışa verilən cinayətkar təşkilatın rəhbəri Ramazan Bayğara Yunanıstanda saxlanılıb.
Bu barədə Türkiyənin Adana valiliyi tərəfindən məlumat verilib.
Bununla bağlı verilən yazılı açıqlamada Bayğaranın Yunanıstanda Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) tərəfindən saxlanılaraq həbs edildiyi bildirilib.
Həmçinin xarici ölkədə ələ keçirilən cinayətkar təşkilatın rəhbərinin Türkiyəyə ekstradisiya ediləcəyi qeyd edilib.
Mənbə: Haber Global